Üstünlüklərimiz

LAYİHƏLƏRİN İDARƏ OLUNMASI PRİNSİPLƏRİ

   

Layihənin işlənməsi dövrünün dəstəklənməsi

SmartBytes şirkəti tələblərin və texnoloji konsaltinqin təhlilindən başlayaraq uzunmüddətli müşayiətə və qərarların dəstəklənməsinə qədər proqram təminatının işlənib hazırlanması və tətbiqi üzrə bütün xidmətlər spektrini təklif edir. Müştərilər üçün bu, bütün layihə işlərini yerinə yetirən yalnız bir podratçının cəlb olunması deməkdir. Biz, müqavilənin zaman və büdcə şərtlərinə tam uyğunluğu və əməliyyatların şəffaflığını təmin etməklə yüksək keyfiyyətli qərarların yaradılmasına görə məsuliyyəti öhdəmizə götürürük.

   

Sifarişçinin proseslərinə adaptasiya

 Müştəri tələbatları, maraqları və ümidləri ilə birlikdə bizim daimi diqqət mərkəzimizdə olur. Sizin biznes – proseslərinizin və tələbatlarınızın ətraflı öyrənilməsi sayəsində biz, fəaliyyətimizi elə təşkil edirik ki, siz özünüzü rahat və inamlı hesab edəsiniz. SmartBytes mütəxəssisləri nəinki sizinlə əməkdaşlıq edir, eləcə də, sizin biznesinizin səciyyəvi xüsusiyyətlərinə bütünlüklə nüfuz edərək sizin şirkətinizin bir hissəsi olurlar. Bundan savayı, SmartBytes uzunmüddətli əməkdaşlığa yönəlir və bu, şirkətlərin daxili proseslərinin dərindən dərk olunmasına nail olmağa və daha cüzi məsrəfli yüksək keyfiyyətli qərarları təqdim etməyə icazə verir.

   

Xərclərin optimallaşdırılması

Siz, proqram təminatının işlənib hazırlanması üzrə xidmətlərin peşəkar tədarükçüləri ilə əməkdaşlıq edərək, şəxsi İT-komandanın axtarışına, cəlb olunmasına və hazırlanmasına dair xərcləri ödəmirsiniz, müxtəlif profilli yüksək ixtisaslı mütəxəssislər ilə əlaqə saxlamaq imkanını əldə edirsiniz. Biz, layihənin işlənməsi ilə bağlı xərcləri qiymətləndirməkdə sizə kömək edəcək, əməkdaşlığın daha sərfəli modelini təklif edəcək və sizin biznes – ideyanızın texniki realizəsi ilə bağlı bütün işləri öhdəmizə götürəcəyik.

   

Kommunikasiyaların effektivliyi

SmartBytes rəhbər heyəti beynəlxalq əməkdaşlığın böyük təcrübəsinə malik olan yüksək ixtisaslı menecerlərdən ibarətdir. Sifarişçi layihə prosesinin planlaşdırılmasına və idarə olunmasına görə məsuliyyət daşıyan layihə rəhbəri ilə birbaşa ünsiyyət saxlayır. Daha konkret məsələlərin həll olunması üçün o, layihənin əlaqələndirici şəxsinə və ya bilavasitə layihəçilərin komandasına müraciət edə bilər. Biz, müxtəlif rabitə kanalları vasitəsilə (elektron poçt, ani məlumat, telefon zəngləri və şəxsi görüşlər) meydana çıxan məsələlərin, sualların müzakirə olunması üçün aşkarlığa və cavabın daha sürətlə daxil olmasına zəmanət verərək müştərilər ilə daimi əlaqəni qoruyub saxlayırıq.