İT-konsaltinq

İNKİŞAFA QOYULAN İNVESTİSİYALAR

İnformasiya emal edilməsi prosesin və rəhbərlik, əməkdaşlar və müştərilər arasında birgə iş və qarşılıqlı fəaliyyətin lazımi səviyyəsini təmin edən İT-infrastrukturu təşkil etmədən biznes proseslərin və informasiya axınlarının effektiv şəkildə idarə edilməsi mümkün deyil. Smart Bytes şirkəti sizin İT-infrastrukturunuzun kompleksli şəkildə auditini aparacaq və biznesin cari tələbatlarına müvafiq olaraq təkmilləşdirməyə kömək edəcək etibarlı tərəfdaşdır. 

Biznesin fəaliyyətdə olduğu bütün mərhələlərdə dəstək

Bu gün yalnız İT-nin biznes proseslərinə yüksək dərəcədə təsir göstərdiyi təşkilatlar deyil, həm də cari fəaliyyətin optimallaşdırılmasında maraqlı olan müxtəlif biznes sahəsinə aid şirkətlər də konsaltinq xidmətlərinə ehtiyac duyurlar.

Biz, müştərilərimizə kömək göstərərək, biznesin fəaliyyətdə olduğu bütün mərhələlərdə informasiya texnologiyalarının potensialından maksimum effektiv şəkildə istifadə olunmasına kömək edirik.

   Biznesin işə salınması

Biznesinizə hazırlıq mərhələsində düzgün qərarların qəbul edilməsini təmin etmək üçün, biz sizin biznes məqsədlərinizə müvafiqliyi baxımından aparat və proqram əhatənizin, eləcə də bazarda rəqabət qabiliyyətliliyinin peşəkar auditini həyata keçirəcəyik.

   Fəaliyyətin genişləndirilməsi

Biz mürəkkəb biznes-proqramların planlaşdırılması və tətbiq edilməsi və onların mövcud İT-infrastrukturuna inteqrasiyası ilə biznesinizin inkişafını təmin edəcəyik. Bizim məqsədimiz - müəssisələrin fəaliyyətinin optimal və yüksək effektivliyə malik mühitinin yaradılmasıdır.

   Cari əməliyyatlar

İT - infrastrukturun lazımi qaydada fəaliyyət göstərməsi və biznes prosesin avtomatlaşdırılması ilə bağlı bütün qayğını Smart Bytes öz üzərinə götürəcəkdir. Bizim mütəxəssislərimiz sızın biznesiniz üçün ən uyğun əməkdaşlıq modellərini tapmaqda sizə yardımçı olacaqlar.