Proqram təminatının hazırlanması

Müştərilərin spesifik tələblərinə uyğunlaşdırılmasından, sistemin sifarişçinin fərdi istəyinə müvafiq olaraq sıfırdan işlənib hazırlanmasına qədər korporativ sistemlər, veb tədbiqlər və desktop həlləri birlikdə yaratmaq imkanı.

 

Smart Bytes şirkəti mövcud sistemlərin müştərilərin spesifik tələblərinə uyğunlaşdırılması, etibarlı və effektiv həllərin sifarişçinin fərdi görüşlərinə müvafiq olaraq sıfırdan işlənib hazırlanması və sifarişli proqram təminatının işlənib hazırlanması üzrə xidmətlərin tam dəstini təqdim edir.

  • Proqramın sıfırdan işlənib hazırlanması
  • Proqramların inteqrasiyası və kastomizasiyası (fərdiləşdirilməsi, uyğunlaşdırılması)
  • Mövcud sistemlərin miqrasiyası və modernizasiyası 
  • Davamlı təkmilləşdirmə və dəstək
  • Layihənin “xilas” edilməsi

Biz təklif edirik

   Korporativ sistemlər

Biznes-proseslərin idarə edilməsi, resursların planlaşdırılması, müştərilərlə münasibətlərin idarə edilməsi və birgə işin təşkili kimi sahələrdə toplanmış biliklərdən fəal şəkildə istifadə edərək, biz sizin şirkətinizin qarşısında duran məsələlərin optimal həllərini təqdim edirik.

   Çoxfunksiyalı veb tətbiqlər

Smart Bytes B2B, B2C biznes üçün çox funksiyalı veb-tədbiqlərin, korporativ, tərəfdaş və müştəri portalları, elektron kommersiya və onlayn ödəniş sistemi üçün həllər işləyib hazırlayır. Bundan başqa, biz bulud həllərinin işlənib hazırlanması, tətbiqi və dəstəklənməsi üzrə xidmətləri də təqdim edirik.

   İstifadəsi rahat mobil tədbiqlər

Bizim köməyimizlə siz əməkdaşlarınızı mobil qurğulardan korporativ sistemlərə uzaqdan çıxış təqdim edə bilərsiniz. Biz həmçinin Google PlayApple Store tədbiqlərin mağazalarında yerləşdirməyə kömək etməklə iOS və Android mobil platformaları üçün tədbiqlər də işləyib hazırlayırıq.

Bu necə işləyir

Bizə xəyal etdiyiniz proqramdan, ondan hansı məqsədlə və hansı şəkildə istifadə etməyi planlaşdırdığınızdan, eləcə də Smart Bytes komandası ilə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi üçün hansı üsula üstünlük verdiyinizdən bəhs edin - və biz sizin tələblərinizi dəqiqliklə araşdıraq və ona uyğun olan həlli təqdim edək.

Sizin biznesinizin potensial inkişafının nəzərə alınması ilə yaradılan, bizim tərəfimizdən işlənib hazırlanan həllər, yüksək çevikliyə və miqyaslılığa malikdir. Layihənin mərhələlərlə yerinə yetirilməsi Smart Bytes mütəxəsislərin adət etdiyi təcrübədir. 


Biz təmin edirik:

   Əməliyyatların şəffaflığı

Hazırlanma prosesinin hər bir mərhələsinin əvvəlcədən müəyyən edilmiş vaxtı, büdcəsi və əldə edilən nəticələrinə dəqiq riayət olunur.

   Etibarlılıq

Sizin tələblərinizə tam uyğunluğu təmin etmək üçün hər bir iterasiyanın məsələ və müddətini biz sizinlə razılaşdırırıq.

   Müddət

Hər bir mərhələnin başa çatması ilə siz tamamlanmış funksional imkanlar dəsti ilə istifadəyə hazır həll əldə edirsiniz.