Proqramların inteqrasiyası

İT-infrastrukturunuz müxtəlif biznes-proseslərin dəstəklənməsi üçün işlənib hazırlanmış çox sayda sistemdənmi ibarətdir? Smart Bytes konsolidasiya olunmuş biznes-proseslərin və təşkilatın bölmələrinin çərçivəsində fasiləsiz informasiya mübadiləsi və verilənlərin birbaşa işlənməsinin təmin olunmasında şirkətlərə kömək edərək, biznes-proqramların inteqrasiyası xidmətlərini təqdim edir.

İnteqrasiya nə üçün lazımdır?

Bir neçə sistemin istifadə edilməsi şirkətin məhsuldarlığına ciddi təsir göstərə biləcək üç əsas problemin meydana gəlməsinə gətirib çıxarır:

Verilənlərin biznes-prosesin mərhələləri üzrə ötürülməsi ilə bağlı vaxt itkisi və əlavə xərclər

  • İtirilmiş və ya dəqiq olmayan verilənlər, informasiyanın əllə yoxlanılması zərurəti
  • Tez-tez təkrar olunan ziddiyyətlər (uyğunsuzluqlar), verilənləri daima korrektə etmək zərurəti
  • Fayllardan qeydləri çıxarmaq/daxil etmək (idxal/ixrac etmək) təcrübəsi, çox vaxt verilənlərin əllə bir sistemdən digərlərinə köçürülməsi

İnformasiyasının əldə edilməsi və verilənlərin toplanması, aqreqasiyası və düzgünlüyünün yoxlaması ilə bağlı çəkilən böyük xərclər

  • Vahid çıxış nöqtəsindən istifadə edilməsinin əvəzinə informasiyanın əldə edilməsi üçün məlumatların intensiv mübadiləsi
  • Təcrid edilmiş verilənlər mənbəyi və natamam informasiya ilə iş nəticəsində zəif inkişaf etmiş taksonomiya və metaverilənlərin idarə edilməsi metodları
  • İdarəetmə analitikası üçün verilənlərin əllə axtarılması, çıxarılması və işlənməsi zərurəti

Biznes-proseslərdə dəyişikliklərin dəstəklənməsi üçün İT-bölmələrin ciddi səyləri, o cümlədən böyük xərclər

  • İT-bölmələr verilənlərin çıxarılması və hesabatın avtomatlaşdırılması ilə bağlı sorğularla həddən artıq yüklənməsi
  • Tapşırıqların yerinə yetirilməsi üçün biznes qaydaları və konfiqurasiyanın qurulmasının əvəzinə proqram səviyyəsindən istifadə olunması

Bizim xidmətlərimiz

   

Verilənlər şininin tətbiq edilməsi

Yüzlərlə avtomatlaşdırılmış proseslər üzrə birbaşa inteqrasiyanın tələb olunduğu böyük biznes üçün Smart Bytes verilənlərin tam şinindən (Enterprise Service Bus, ESB) istifadə edir. Biz müasir propriyetar texnlogiyalar və açıq kodlu məhsullara əsaslanan servis-yönümlü arxitektura (SYA) həllərini təklif edirik.

   

Vahid inteqrasiya

İki tədbiqin vahid inteqrasiyasına və ya təcrid olunmuş tədbiqin mövcud inteqrasiya mühitinə birləşdirilməsinə ehtiyacı olan sifarişçilər üçün Smart Bytes aşağıdakı xidmətləri təqdim edir:

  • Sifarişli API inteqrasiya
  • Verilənlərin konnektorlarının işlənib hazırlanması
  • Aralıq proqram təminatının işlənib hazırlanması
   

Təhlil və konsaltinq

Biz inteqrasiya layihəsinin başlanğıc mərhələlərində İT-proseslərin tam anlama imkanının Sifarişçidə formalaşdırılması üçün konsaltinq xidmətlərini təklif edir, eləcə də texnologiyalarının seçimində və informasiya təhlükəsizliyi məsələlərinin həllində kömək edirik:

  • Texnoloji konsaltinq
  • Təhlükəsizlik məsələləri üzrə konsaltinq
  • İnformasiya sistemlərinin auditi və testdən keçirilməsi
  • Layihə təhlili və planlaşdırma
  • İnteqrasiya arxitekturasının işlənib hazırlanması
  • Verilənlərin proses və axınlarının modelləşdirilməsi
   

Yelpik şəkilli inteqrasiya

Smart Bytes verilənlərə mərkəzləşdirilmiş çıxış, verilənlərin sinxronlaşdırılması və biznes-proseslərin idarə edilməsi imkanı ilə mərkəzi inteqrasiya sisteminin işlənib hazırlanması və tətbiqini təklif edir. Bu cür yanaşma kiçik şirkətlər üçün xüsusilə effektivdir. Biznes böyüdükcə o, asanlıqla ESB-həllə dəyişdirilə bilər.
Biz həmçinin verilənlərin çıxarılması və vizualizasiyası və korporativ informasiya resurslarına vahid çıxış nöqtəsinin təşkili üzrə həllər də daxil olmaqla portal inteqrasiyasını (korporativ portalın tətbiq edilməsinin əsasında) təqdim edirik.