Sistemlərin modernizasiyası

Təşkilatın İT-infrastrukturu mürəkkəb mexanizmdir, bu səbəbdən də yeni elementin tətbiq edilməsi və yaxud, mövcud elementin modernləşdirilməsi bütünlükdə infrastrukturun funksionallığının təkmilləşdirilməsi və xüsusiyyətlərinin yaxşılaşdırılması üzrə bir sıra məsələləri qarşıya qoyur. Bu istiqamətdə də Smart Bytes şirkəti müştərilərinə aşağıdakıları təqdim edir.

Modernləşdirmə nə vaxt tələb olunur?

İrsən keçmiş sistemlərin modernləşdirilməsi zərurəti bir neçə səbəblərdən meydana gələ bilər:

  • Sistemlərin obyektiv köhnəlməsi və bunun nəticəsi olaraq, biznesin rəqabət üstünlüklərinin itirilməsi ilə
  • Köhnəlmiş sistemlərin dəstəklənməsi və müşayiət edilməsi üçün ölçüyə gəlməz böyük xərclərlə
  • Proqram təminatının yeni, müasir formalara transformasiyası (məsələn, desktop əlavələrinin veb-ə çıxarılması, mobil versiya və əlavələrin yaradılması) zərurəti ilə
  • Müşayiətedici və digər sənədlərin işlənib hazırlanması
  • Mövcud sistemlərin qeyri-qənaətbəxş məhsuldarlığı/etibarlılığı ilə
  • Çoxsaylı tamamlama və dəyişikliklərin nəticəsində informasiya sistemi üzərində nəzarətin itirilməsi
  • Biznesin böyüməsi şərtlərində cari həllərin qeyri-qənaətbəxş miqyaslılığı ilə
  • Mövcud funksionallıq və yeni biznes-tələblər arasında əhəmiyyətli uyğunsuzluğun olması ilə
  • Operativ dəyişiklik və təkmilləşdirmələrə imkan verməyən və ya onları çətinləşdirən kritik arxitektura çatışmazlıqlarının olması ilə

Smart Bytes-ın təklif etdiyi xidmətlər

Mövcud sistem və proqramların modernləşdirilməsi üzrə Smart Bytes tərəfindən həyata keçirilən xidmətlər spektri aşağıdakıları özündə ehtiva edir:

  • Sistemlərin təhlili və refaktorinqi
  • Mövcud proqramın funksional imkanlarının genişləndirilməsi
  • Modernləşdirilmiş sistemlərin testdən keçirilməsi və müşayiəti
  • Müşayiətedici və digər sənədlərin işlənib hazırlanması