Prototipləmə

Prototipləmə – istehsalın erkən mərhələlərində konsepsiyanın yoxlanması və risklərin minimuma endirilməsi üzrə etibarlı üsuludur.

Prototipləmə nə üçün lazımdır?

   Konsepsiyanın yoxlanması

Prototip - gələcək sistemi fəaliyyətdə görməyə, eləcə də istifadənin rahatlığını qiymətləndirməyə imkan verəcəkdir. Prototipləmə - işin nəticələrini və tələblərini vaxtında korreksiya etməyə, eləcədə yoxlanmış və təfsilatlandırılmış tapşırıqların işlənib hazırlaması üçün əvəzolunmaz prosesdir.

   Risklərin minimuma endirilməsi

Prototipin işlənib hazırlanması, tələblərin qeyri-dəqiqlikləri istisna edərək, sifarişçidən və son istifadəçilərdən əks əlaqəni vaxtında almağa və lazımi funksionallığın tam təmin edilməsinə imkan verir.

   İnvestisiyaların idarə edilməsi

Proqram təminatının prototipinin yaradılması - büdcə və müddətlərin real şəkildə planlaşdırıması yolu ilə öz investisiyalarınızı qorumaq üçün əla imkandır.

Bizim xidmətlər

   

Statik maketlərin yaradılması

Biz proqramın statik modelini yaradacağıq, bu model həllin əsas funksional xarakteristikalarını və sistemin modulları arasındakı qarşılıqlı fəaliyyəti nümayiş etdirəcəkdir. Statik model adətən ətraflı şərhlərlə sketçlər dəsti şəklində qısa müddətdə təqdim edilir.

Nə vaxt istifadə etməli?

  • məhsulun planlaşdırılması və layihələndirilməsi mərhələsində
  • tələblərin spesifikasiyası mərhələsində
  • dinamik prototipin işlənib hazırlanması zamanı.
   

Tələblərin spesifikasiyası

Smart Bytes mütəxəssisləri Sifarişçinin sistemlə bağlı bütün tələbləri nəzərə almaq üçün biznes-tələbatların peşəkar təhlilini həyata keçirirlər. Proqram Təminatının keyfiyyəti üzrə mütəxəssislər tələblərin yaxşı strukturlaşdırılmış spesifikasiyasını (texniki tapşırığını) təqdim edəcəklər.

Nə vaxt istifadə etməli?
Hər zaman. Əgər sizin layihəniz üzrə texniki tapşırıq yoxdursa və ya mövcud texniki tapşırığa dair şübhələriniz varsa, Smart Bytes komandası tələblərin spesifikasiyasını tərtib edəcək və ya mövcud sənədlərin sizin biznes-məqsədlərinizə uyğunluğunu təhlil edəcəkdir.

   

Dinamik prototiplərin yaradılması

Proqram məhsulunun real görünüşünə yaxın formanın əldə edilməsi üçün biz sistemin interaktiv və dinamik modelini yaradırıq ki, bu model aşağıdakılara imkan verir:

  • sistemin real işini görmək
  • müxtəlif istifadəçi rolları üçün müxtəlif interfeysləri sınaqdan keçirmək
  • prototipdə biznes-ssenarini yerinə yetirmək
  • verilənlərin işlənməsi və vizualizasiyasını modelləşdirmək
  • istifadənin rahatlığını qiymətləndirmək və yaxşılaşdırmaq
   

İstifadəçi interfeysinin dizaynı

Gələcək sistemə maksimum vizual uyğunluğu təmin etmək üçün Smart Bytes mütəxəsisləri prototipə tamamlanmış şəkil verəcək və istifadəçi interfeysinin və onun ayrı-ayrı funksional və informativ elementlərinin keyfiyyətli qrafik tərtibatını təmin edəcəkdir.