İnformasiya təhlükəsizliyi

Müəssisənin informasiya sistemlərinin Smart Bytes müstəqil ekspert komandası tərəfindən aparılan auditi "zəif" yerləri müəyyən etməyə, verilənlər bazasının və işlək vəziyyətdə olan sistemləri daxili və xarici təhlükələrdən maksimum qorumağa kömək edəcəkdir.

Biz müəssisələrin proqramlarının, korporativ sistemlərinin və İT-infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə informasiya təhlükəsizliyi sahəsində xidmətlərin tam spektrini təqdim edirik:

  • Başlanğıc kodun auditi
  • Sistemə daxil olmanın mümkünlüyünün sınaqdan keçirilməsi
  • Sistemlərin informasiya təhlükəsizliyi üzrə məsləhətlərin verilməsi

Xidmətlərin tam siyahısı

İnformasiya təhlükəsizliyinin auditinin həyata keçirilməsi zamanı Smart Bytes mütəxəssisləri həm beynəlxalq təhlükəsizlik standartlarına, həm də təhlükəsizliyin təmin edilməsi sahəsində ən son tendensiya və nailiyyətlərə əsaslanan standartlara istinad edərək, kompleks yanaşma tətbiq edirlər.

Bizim xidmətlərə daxildir:

  • İxtisaslaşdırılmış və standartlar müvafiqliyi baxımından informasiya risklərinin və "zəif" yerlərin auditi
  • Məhsulun sertifikatlaşdırılma prosedurundan keçməsinin asanlaşdırılması üzrə xüsusi xidmət kimi proqram məhsullarının təhlükəsizliyinin auditi
  • Müəssisələrin sistemlərində “zəif yerlərin” müəyyən edilməsi üçün Proqram Təminatının “aktiv” auditi və sənədlərin təhlilindən təhlükəsizlik siyasətinin işlənib hazırlanmasına qədər kompleks və çox mərhələli audit
  • Zərurət yarandıqca müştərinin tələbinə əsasən mütəxəssisin müstəqil məsləhətləri

Təhlükəsizliyin təmin edilməsi səviyyələri

Biz aşağıdakı səviyyələrdə informasiya təhlükəsizliyini təmin edirik:

   İstehsalat təhlükəsizliyi:

daxili proseslər, standartlar, optimallaşdırma.

   İnfrastrukturun mühafizəsi:

aparat təminatı, şəbəkələr və ƏS səviyyəsində.

   Tədbiqlərin mühafizəsi:

SDL (Security Development Lifecycle) işlənib hazırlanması metodikası

Müstəqil auditin üstünlükləri

Smart Bytes sistemlərin fəaliyyətinin təhlilinin müxtəlif növləri və ətraflı şərhi də daxil olmaqla proqram təminatının təhlükəsizliyinin auditi üzrə xidmətlərin tam spektrini təqdim edir. İnformasiya sistemlərinin kompleks auditi korporativ təhlükəsizlik sisteminin, onun daxili və xarici mühitinin güclü və zəif cəhətlərinin müəyyən etməyə imkan verir.

Fövqəlada dayanmalardan sonra sistemin ehtiyat nüsxəsinin kopyalanması və bərpa edilməsi proseslərinin auditi, eləcədə korporativ sistemlərin sıradan çıxdığı təqdirdə, fəaliyyət qaydasını tənzimləyən təşkilatın siyasət, prosedura və planlarının qiymətləndirilməsini özündə ehtiva edir. Və nəhayət, mövcud virus əleyhinə və casusluq əleyhinə Proqram Təminatının virus və casus proqramlarının idarə edilməsi siyasəti və proseduralarının kontekstində qiymətləndirilməsi xarici təhlükələrdən müdafiənin zəruri tədbirlərini təmin etməyə imkan verəcəkdir.

  • Korporativ sistemlərin təhlükəsizliyinin idarə edilməsi
  • Məsul İT-menecment
  • Risklərin idarə edilməsi
  • Təhlükəsizliyin təmin edilməsi üzrə tərəflərin vəzifələri
  • Təhlükəsizlik siyasətləri
  • İT-sistemin təhlükəsizliyi üçün məsul işçi heyətinə təlim keçilməsi
  • Təhlükəsizliyin planlaşdırılan, idarə edilən və qiymətləndirilən təminatı

Smart Bytes məsləhətçiləri informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə təşkilatlara istənilən miqyaslı köməyin göstərilməsi təcrübəsinə malikdirlər.

Bizim yanaşmamış aşağıdakılara əsaslanmışdır:

  • İT-infrastrukturun təhlükəsizliyi üçün məsul işçi heyətinə təlim keçilməsinə
  • Təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə ekspertlərin tövsiyyələrinin təqdim edilməsinə

Layihənin ən erkən mərhələlərində təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin tətbiq edilməsi - təhlükəsiz Proqram Təminatının işlənib hazırlanmasının ən etibarlı üsuludur.

Sizin biznesinizin qarşısında artıq informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərimi durur? Təhlükəsizliklə bağlı potensial risklərin azaldılması yollarınımı nəzərdən keçirirsiniz? Biz sizə kömək etməyə hazırıq!

Qeyd: Sizin şirkətinizdə aparılacaq bütün təhlükəsizlik tədbirləri və o cümlədən təqdim olunacaq audit sənəd ciddi şəkildə məxvi saxlanılacadır və Smart Bytes üçün digər şikətlər qarşısında nümunə forması kimi istifadə edilməyəcəkdir.